AQTA Qusardakı zəhərlənmə ilə bağlı araşdırmalara başladı

   AQTA Qusardakı zəhərlənmə ilə bağlı araşdırmalara başladı
  17 Avqust 2023    Oxunub:1540
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qusar rayonunda, istirahət mərkəzində beş nəfərin zəhərlənməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
Agentlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin, qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb: “Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək”.

AzVision.az


Teqlər:





Xəbər lenti