Sirkə turşusu içən sərxoş kişi ölüb

Sirkə turşusu içən sərxoş kişi ölüb
  19 Avqust 2023    Oxunub:2431
Şəkidə sirkə turşusu içən sərxoş kişi ölüb.
Hadisə avqustun 18-də rayon ərazisində qeydə alınıb.

Belə ki, Şəki şəhər sakini T.Bilalov yaşadığı evdə olarkən spirtli içkinin təsiri altında psixoloji gərginlik keçirərək soyuducuda olan sirkə turşusunu içib.

Həmin zaman o, evdə olan ailə üzvləri tərəfindən dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, T.Bilalov avqust ayının 19-u gecə saat bir radələrində həmin xəstəxanada ölüb.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.
AzVision.az



Teqlər:





Xəbər lenti