Azərbaycan Ordusunun hərbçisi yaralanıb

   Azərbaycan Ordusunun hərbçisi yaralanıb
  22 Avqust 2023    Oxunub:1647
Ermənistan tərəfinin törətdiyi təxribat zamanı Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəzərov Ramiz İsmət oğlu qarşı tərəfdən açılan atəşin rikoşet etməsi nəticəsində yüngül yaralanıb.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Yaralı hərbi qulluqçumuza dərhal ilkin tibbi yardım göstərilib və o, hərbi tibb müəssisəsinə təxliyə edilib. Onun həyatı üçün heç bir təhlükə yoxdur.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür. Bildiririk ki, qarşı tərəfin törətdiyi təxribatların nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

AzVision.az


Teqlər:





Xəbər lenti