Astarada avtoxuliqanlar həbs edilib
Saxlanıldıqdan sonra onların Astara rayon sakinləri Vüqar Rüstəmov və Amin Heydərov olduqları müəyyən edilib. Avtoxuliqanlıq hərəkətləri edən həmin şəxslərdən birinin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı, digərinin isə avtomobili etibarnamə olmadan idarə etdiyi məlum olub.
Barələrində inzibati qaydada protokollar tərtib olunaraq hüquqi qiymət verilməsi üçün Astara Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs 15 gün müddətində inzibati qaydada həbs edilib.
AzVision.az
Teqlər: