Kürdəmirdə daha bir zəlzələ olub

   Kürdəmirdə daha bir zəlzələ olub
  04 Sentyabr 2023    Oxunub:1424
Kürdəmir rayonunda 3 maqnitudalı zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib. “Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Kürdəmir stansiyasından 18 km cənubda Kürdəmir ərazisində zəlzələ qeydə alınmışdır. Zəlzələ hiss olunmayıb”, - Mərkəz diqqətə çatdırıb.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 01:19-da qeydə alınıb. Təbiət hadisəsinin ocağı 52 km dərinlikdə olub. Xatırladaq ki, ötən gün axşam saatlarında Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub.

AzVision.az


Teqlər:





Xəbər lenti