Gəncədə avtoxuliqan saxlanılıb
Həmin şəxs barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 30 sutka inzibati qaydada həbs edilib.
Bundan başqa araşdırmalarla bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərə kosntruksiya dəyişikliyi, görməni məhdudlaşdıran şüşə və digər vasitələrdən istifadə edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. Həmin sürücülər də saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb.
AzVision.az
Teqlər: