Əvvəl arvadını öldürdü, sonra özünə xəsarət yetirdi
Sentyabrın 8-də saat 18 radələrində Xaçmaz rayon sakini 1980-ci il təvəllüdlü Aynurə Turabovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, onun əri 1982-ci il təvəllüdlü Şamil Turabovun isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı Şamil Turabovun birgə yaşadıqları evdə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Aynurə Turabovaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsi, daha sonra isə sonra eyni alətlə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Hazırda ibtidai istintaq davam edir.
***
Sentyabrın 8-də saat 17:30 radələrində Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində 1980-ci il təvəllüdlü Turabova Aynurə Abdulla qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi və onun həyat yoldaşı 1982-ci il təvəllüdlü Turabov Şamil Mirzəbəy oğlunun xəsarətinin olması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan AzVision.az -a bildirilib ki, Ş.Turabov xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, cinayət hadisəsi tərəflər arasında olan münaqişə nəticəsində baş verib.
Araşdırma aparılır.
AzVision.az
Teqlər: