Ordumuzla bağlı yalan məlumat yayan şəxs həbs verildi

   Ordumuzla bağlı yalan məlumat yayan şəxs həbs verildi
  12 Sentyabr 2023    Oxunub:2035
Polis ordu ilə bağlı sosial şəbəkələrdə yalan məlumatlar yayan şəxsi saxlayıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ki, DİN sosial şəbəkələrdə Azərbaycan Ordusu və hərbçiləri ilə bağlı yalan məlumatlar paylaşan şəxslərlə bağlı tədbirlər görür.

Davam etdirilən tədbirlərlə “Tik-Tok” platformasında feyk profillər vasitəsilə döyüş əməliyyatları və itkilər olması ilə bağlı yalan məlumatlar paylaşan şəxs - 1998-ci il təvəllüdlü İbrahimli Pərviz Vüqar oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun bu qəbildən olan məlumatları paylaşmaqda məqsədi öyrənilib. Onun əməllərində inzibati xətanın tərkib əlamətləri olduğundan barəsində toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.

Abşeron rayon məhkəməsinin qərarı ilə Pərviz İbrahimli barəsində 15 sutka inzibati həbs tənbeh tədbiri tətbiq edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti