Nömrəsiz avtomobil idarə edənlər cərimələniblər
Bildirilib ki, Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol-hərəkəti qaydalarını kobud şəkildə pozaraq özləri ilə yanaşı digər hərəkət iştirakçıları üçün də təhlükə yaradan, avtomobillərə əlavə avadanlıq quraşdıran və dövlət qeydiyyat nişanı olmadan nəqliyyat vasitəsi idarə edən sürücülərə qarşı tədbirlər keçirilib. Nəticədə şəhərin müxtəlif ərazilərində bu istiqamətdə keçirilən tədbirlər zamanı sadalanan qayda pozuntularına yol verən şəxslər yol polisi tərəfindən müəyyən edilib.
Qanunvericiliyin tələbləri onlara izah olunub və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunub.
AzVision.az
Teqlər: