Oğlunu arvadı və gəlininin gözləri qarşısında öldürmüşdü - Hökm oxundu
Araşdırmalar zamanı məlum olub ki, Etibar İbadovun 2 övladı olub. Onun qızı bir müddət əvvəl ailə həyatı qursa da, sonra həyat yoldaşını ataraq Beyləqanda yaşayan şəxsin yanına qaçıb. Lakin E.İbadov ailə üzvləri ilə birgə Beyləqana gedərək qızını geri qaytarıb. Bundan bir müddət sonra qızı yenidən Beyləqana gedib. İbadov qızının evdən getməsində oğlu İlkini günahkar bilib. O, İlkinin bacısına şərait yaratdığını deyib və oğlu ilə münaqişə yaranıb.
Hadisə baş verən gün də İlkin gecə saat 23 radələrində sərxoş halda evə gəlib. Etibar İbadov oğlu ilə mübahisə edərək onu təhqir edib. İlkin yataq otağına keçmək istəyərkən o hücum edərək bıçaqla oğlunun ürək nahiyəsinə ağır zərbə endirib, daha sonra isə kəsici alətlə boğazına vurub. Hadisə İlkinin anasının və həyat yoldaşının gözləri qarşısında baş verib.
Ürəyinin orta damarı kəsilən İlkin İbadov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.İbadova 17 il həbs cəzası verilib. (Qafqazinfo)
AzVision.az
Teqlər: Hökm