Azyaşlını qaçırıb 200 min manat tələb edənlərin məhkəməsi başlayıb

Azyaşlını qaçırıb    200 min manat    tələb edənlərin məhkəməsi başlayıb
  03 Oktyabr 2023    Oxunub:1136
Bakıda kafe sahibinin azyaşlı oğlunı qaçırıb 200 min manat pul tələb etməkdə ittiham olunan Sakit Əlişov və Şahin Quliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda ittiham aktı oxunub. İttiham aktında qeyd olunub ki, hadisə bu il martın 25-də saat 22 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən kafelərdən birində baş verib.

İki nəfər kafe sahibinin başına dəmir parçası ilə xəsarət yetirərək, azyaşlı oğlunu zirzəmiyə aparıb. Burada onu stula bağlayaraq bıçaqla hədələyib atasından 200 min manat pul tələb ediblər. Sonradan isə 20 min manat müqabilində uşağı azad etməyə razılaşıblar.

Təqsirləndirilən şəxslər özlərini qismən təqsirli bildiklərini deyiblər.

Məhkəmə prosesi oktyabrın 31-də davam etdiriləcək.

Qeyd edək ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Sakit Əlişov və Şahin Quliyev müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılıb. (APA)
AzVision.az



Teqlər: Məhkəmə  





Xəbər lenti