Tərtədə minaya düşən şəxsin ayaqları amputasiya edilib

  Tərtədə minaya düşən şəxsin ayaqları amputasiya edilib
  07 Oktyabr 2023    Oxunub:1573
Ötən gün Tərtər rayonunun Həsənqaya kəndi yaxınlığında minaya düşən Həsənov Zaməddin Qəzənfər oğlunun hər iki ayağı amputasiya edilib.
Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, piyada əleyhinə minanın partlayışı nəticəsində rayonun Həsənqaya kənd sakini 1986-cı il təvəllüdlü Həsənov Zaməddin Qəzənfər oğlu xəsarət alıb. Xəsarət alan şəxsinin hər iki ayağı amputasiya edilib.
AzVision.az


Teqlər: Mina  





Xəbər lenti