“Woman Bazaar - Dayanıqlı İnkişaf Festivalı”-nın Festival Günləri keçiriləcək
İlk mərhələdə peşəkar təlimçilər tərəfindən sahibkarlığın hüquqi aspektləri, satış texnologiyalarından istifadə, dayanıqlı maliyyə menecmenti, biznes planın hazırlanması, biznes etikası, brendinq kimi mövzularda sessiyalar keçirilmişdir. Sentyabr ayı ərzində fəaliyyətlərinə dəstək məqsədilə sahibkarlar mentorla təmin edilmiş və online mentorluq görüşləri baş tutmuşdur.
3 aylıq (avqust-oktyabr) inkişaf yolunu əhatə edən multidisiplinar layihədə 14-40 yaş arası 80 qadın sahibkar 2 mərhələni: “Təlim”, “Online mentorluq” başa vurmuş və layihənin 3-cü mərhələsi “Festival günləri” çərçivəsində baş tutacaq satış sərgisində alıcıların qarşısına nəzərəçarpan inkişafla və professional brend olaraq çıxmağa tam hazırdırlar.
Qeyd edək ki, sərgidə "Qadınlar qadınlar üçün" və "Qadınlar biznesdə" mövzuları ilə çıxışlar, musiqi qruplarının ifası, tərəfdaşlarımızdan endirim və hədiyyələr, əyləncəli fəaliyyətlər nəzərdə tutulur. Həmçinin, festivalın 11 Oktyabr- Beynəlxalq Qız Uşaqları Günü ilə eyni həftəyə təsadüf etməsi ilə bağlı festival zamanı "Stereotipləri qıran qızlarımız" guşəsi də təşkil olunacaqdır.
Satış sərgisi haqqında ətraflı məlumat:
Tarix: 14-15 Oktyabr, 2023
Saat: 14:00-19:00
Məkan: Passage 1901
“Woman Bazaar 3” festivalı haqqında əlavə məlumatlar üçün sosial mediada bizi izləyin.
Instagram: https://bit.ly/48x4Dt2
Facebook: https://bit.ly/3EVZnRS
Twitter: https://bit.ly/3PRXAno
Qadın sahibkarlığının inkişafına dəstək olmaq istəyən hər kəs bu sərgiyə dəvətlidir.
İŞTİRAK ÖDƏNİŞSİZDİR!
AzVision.az
Teqlər: