Bu il narkotiklə bağlı 64 xarici vətəndaş saxlanılıb

Bu il narkotiklə bağlı 64 xarici vətəndaş saxlanılıb
  13 Oktyabr 2023    Oxunub:1659
Bu ilin 9 ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 6483 nəfər cəlb edilib və onlardan 6329-u kişi, 154-ü qadın olub, cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 64 nəfəri xarici ölkə vətəndaşlarıdır.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 216 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 727 kq 407,771 qr və 6150 ədəd həb metadon müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, 89655 ədəd həb, 7 631 kapsul və 1 kq 517qr güclü təsir edən maddə, 40,682 qr prekursor çıxarılıb:

“Ümumilikdə, aşkar edilmiş cinayətlərin 241-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi1 ton 903 kq 063,36 qr və 680 ədəd metadon narkotik vasitə və psixotrop maddə 170,3 güclü təsir edən maddə müsadirə edilib.

2453 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 265 kq 943,86 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib”.

AzVision.az


Teqlər:





Xəbər lenti