Mediasiya Şurası yeni hesabatı açıqladı | SƏNƏD |
Mediasiya vasitəsi ilə problemlərin həlli həm işçi, həm də işəgötürən üçün faydalı yoldur. Mediatorların iştirakı ilə məxfi şəraitdə aparılan danışıqlarda hər iki tərəfin real maraqlarını və mənafelərini nəzərə alan razılaşmanı əldə etmək şansı isə çoxdur.
Məsələlər məhkəmədənkənar qarşılıqlı razılıqla həll olunduğundan məhkəmə çəkişməsinə ehtiyac qalmır və tərəflər arasında ünsiyyət yaxşılaşdığına görə gələcək əməkdaşlıq imkanları genişlənir.
Bakı şəhərində və regionlarda fəaliyyət göstərən mediasiya təşkilatlarına, mediatorlara və eyni zamanda DOST mərkəzləri vasitəsi ilə müraciət etməklə əmək mübahisələrinizi məhkəmədənkənar mediasiya yolu ilə həll edə bilərsiniz.
Mediasiya Şurası
(012) 1927