Balıq tutarkən cərəyan vuran gənc öldü

Balıq tutarkən cərəyan vuran gənc öldü
  21 Oktyabr 2023    Oxunub:1225
Lənkəranda balıq ovu zamanı elektrik cərəyanı vuran gəncin ölüm faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə AzVision.az -a Baş Prokurorluqdan məlumat verilib. Belə ki, oktyabrın 20-də 1996-cı il təvəllüdlü Fərid Aslanlının Girdəni çayının Lənkəran rayonunun Göyşaban kəndi ərazisindən keçən hissəsində balıq ovlayarkən tilovun uc hissəsinin hündürlükdən keçən elektrik naqilinə təmas etməsi səbəbindən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti