Şair Balayar Sadiq insult keçirib

Şair Balayar Sadiq insult keçirib
  22 Oktyabr 2023    Oxunub:1841
“Vətəndaş Əliyev Balayar Sadiqoğlu huşsuz vəziyyətdə 22.10.2023-cü il tarixində Təcili Tibbi Yardım avtomobili ilə TƏBİB-in tabeliyində Kliniki Tibbi Mərkəzə gətirilib”.
Bu barədə AzVision.az -a TƏBİB-dən məlumat verilib. Qeyd olunub ki, o, Kliniki Tibbi Mərkəzə gətirildikdən sonra kompüter tomoqrafiyası edilib:

“Həkimlərin müayinəsinə əsasən ona işemik insult diaqnozu qoyulub. Nitqində problem yaranıb. Hazırda o reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir”.

AzVision.az


Teqlər:





Xəbər lenti