Tələbəni öldürən 18 yaşlı gəncin istintaqı başa çatıb
Qeyd edək ki, bu il iyunun 23-ü saat 23 radələrində 2003-cü il təvəllüdlü Hikmət Kərimovun kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə Nərimanov Rayon Prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 2005-ci il təvəllüdlü Fateh Məmmədovun Nərimanov rayonu ərazisində aralarında yaranmış mübahisə zamanı Hikmət Kərimova kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Xatırladaq ki, ölən 20 yaşlı Hikmət Kərimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ikinci kurs tələbəsi olub. (APA)
AzVision.az
Teqlər: