17 minə yaxın şəxsin ölümünə səbəb olan həkim səhvi
Bu qənaətə fransız alimləri gəliblər və bununla bağlı araşdırmanın nəticələri “Biomedicine & Pharmacotherapy” jurnalında dərc olunub.
“Bu dərmanların qəbulunun effektivliyinə dair sübutların aşağı səviyyədə olmasına baxmayaraq, COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilən xəstələrə “Hidroksixloroxin” təyin edilib. Xəstəxanaya yerləşdirilən xəstələrdən “Hidroksixloroxin” qəbul edərək ölənlərin sayı 16,9 min nəfər olaraq qiymətləndirilib”, - deyə materialda bildirilib.
Eyni zamanda ekspertlər xəbərdarlıq ediblər ki, bu dərmandan ölənlərin sayı daha çox ola bilər, belə ki, tədqiqat 2020-ci ilin mart-iyul aylarını əhatə edir.
Alimlər həmçinin ona diqqəti yönəldiblər ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin iyun ayında “Hidroksixloroxin”in koronavirus xəstələrinin müalicəsi üçün sınaqdan keçirilməsini dayandırıb, çünki xəstələrdə ürək problemləri kimi yan təsirlər aşkar edilib.
AzVision.az
Teqlər: