Putin Kim Çen Ina avtomobil hədiyyə edib

   Putin Kim Çen Ina avtomobil hədiyyə edib
  20 Fevral 2024    Oxunub:701
Rusiya prezidenti Vladimir Putin Şimali Koreyadan olan həmkarı Kim Çen Ina maşın hədiyyə edib.
Bu barədə məlumatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov verib. Onun sözlərinə görə, bu, “Arus” markalı avtomobil olub. Peskov başqa təfərrüatları açıqlamayıb.

Dekabrda məlum olub ki, Kim Çen Inın respublikaya tədarükü sanksiyalarla qadağan olunsa da, "MaybachZ" avtomobili alıb. Cənubi Koreyanın SBS telekanalı qeyd edib ki, güman ki, söhbət 2019-cu ildə buraxılan "Benz Maybach"dan gedir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti