Surovikin daha bir mövqeyini itirdi

   Surovikin daha bir mövqeyini itirdi
  20 Fevral 2024    Oxunub:615
Rusiya prezidenti Vladimir Putin Hərbi Kosmik Qüvvələrin keçmiş baş komandanı Sergey Surovikini “Roskosmos”un müşahidə şurasından xaric edib.
Onunla yanaşı, fərmana əsasən, Qabaqcıl Araşdırmalar Fondunun baş direktoru Andrey Qriqoryev də müşahidə şurasının tərkibindən çıxarılıb.

Qeyd edək ki, 2023-cü ilin oktyabrında Surovikini Aerokosmik Qüvvələrin baş komandanı general-polkovnik Viktor Əfzalov əvəz edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti