İlham Əliyev və Paşinyan görüşə bilər

 İlham Əliyev və Paşinyan görüşə bilər
  21 Fevral 2024    Oxunub:813
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, Azərbaycan və Ermənistan iki ölkə liderlərinin görüşünün təşkili üzərində işləyirlər.
"Dövlət başçılarının görüşünün keçirilməsi ilə bağlı müzakirələr gedir. Yekun qərar yoxdur. Biz işləyirik, yekun razılıq əldə olunanda məlumat verəcəyik", - Qriqoryan jurnalistlərə deyib.

Qeyd edək ki, Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri sonuncu dəfə fevralın 18-də Almaniya kansleri Olaf Şolzun iştirakı ilə Münhendə görüşüb.

Görüşün yekunlarından sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh müqaviləsinin mətninin müzakirəsi üçün görüşünün keçiriləcəyi açıqlanıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti