ÜST: Qəzza ölüm zonasına çevrilib

      ÜST:    Qəzza ölüm zonasına çevrilib
  21 Fevral 2024    Oxunub:1121
Qəzza ölüm zonasına çevrilib. Ərazinin çox hissəsi dağıdılıb.
AzVision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında qeyd edilib.

ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus Qəzzada sağlamlıq və humanitar vəziyyətin pisləşməkdə davam etdiyini vurğulayıb. O, ÜST və tərəfdaşlarının son 3 gündə Qəzzanın cənubundakı Nasser Xəstəxanasında təcili əməliyyatlar apardığını qeyd edib.

Qeyd edilib ki, İsrailin blokadası və hücumları altında xəstəxanada hələ də təxminən 130 xəstə və ən az 15 həkim və tibb bacısı var. Qebreyesus xəstəxanadakı reanimasiya bölməsinin artıq işləmədiyini və ÜST-ün xəstələrin başqa xəstəxanalara köçürülməsinə köməklik etdiyini bildirib.

"Qəzzada 29 mindən çox insan həlak olub, çoxlu sayda insan isə yaralanıb. Müharibə başlayandan bəri qida çatışmazlığı sürətlə artıb".

AzVision.az


Teqlər:





Xəbər lenti