Ərdoğan Zelenski ilə görüşə bilər

   Ərdoğan Zelenski ilə görüşə bilər
  21 Fevral 2024    Oxunub:1055
Ukrayna prezidenti Volodimir Zelenski yaxın vaxtlarda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşə bilər.
AzVision.az xəbər verir ki, bu barədə Albaniya prezidenti Edi Rama Ankaraya səfəri zamanı deyib.

Onun sözlərinə görə, Zelenski ilə Ərdoğan arasında görüş fevralın sonunda Albaniyanın paytaxtı Tiranada keçirilməsi planlaşdırılan Cənub-Şərqi Avropa ölkələrinin sammiti zamanı baş tuta bilər.

"Ərdoğana Ukrayna prezidenti Zelenski ilə görüşəcəyimizi bildirdim. Türkiyə də sammitə dəvətlidir. Ərdoğanın qrafiki çox sıx olsa da, dəvəti qəbul etdi", - Rama deyib.

Qeyd edək ki, Ukrayna Türkiyənin beşinci nəsil "Kaan" qırıcılarını almağı planlaşdırır.

AzVision.az


Teqlər:





Xəbər lenti