Şahin Mustafayevlə Qriqoryanın növbəti görüşü nə zaman olacaq?

   Şahin Mustafayevlə Qriqoryanın növbəti görüşü nə zaman olacaq?
  22 Fevral 2024    Oxunub:807
Ermənistan və Azərbaycanın Baş nazir müavinlərinin növbəti görüşünün vaxtı hələlik müəyyən edilməyib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, sərhədin delimitasiyası prosesi mürəkkəbdir.

Baş nazirin müavininin sözlərinə görə, delimitasiya prosesi təkcə xəritələrlə işləməkdən ibarət deyil: "Burada ilk növbədə bu və ya digər xəritənin tərtib olunduğu hüquqi baza və əsaslandırmanın dəqiqləşdirilməsindən söhbət gedir. Bütün nüanslar çox vacibdir və işimizdə nəzərə alınmalıdır", - Qriqoryan bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti