Putin Tu-160M-də uçuşla bağlı təəssüratlarını bölüşüb - YENİLƏNİB

 Putin Tu-160M-də uçuşla bağlı təəssüratlarını bölüşüb -  YENİLƏNİB
  22 Fevral 2024    Oxunub:692
Rusiya prezidenti Vladimir Putinin Tu-160M ​​raketdaşıyıcısında 30 dəqiqəik uçuşu uğurla başa çatıb.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, uçuşdan sonra Rusiya lideri təəssüratlarını bölüşüb.

Putin qeyd edib ki, modernləşdirilmiş strateji raketdaşıyıcı Tu-160M ​​mükəmməl texnologiyadır.

“Biz yeni avadanlıq alırıq, avadanlıq əladır! O, həqiqətən də yeni nəslin nümayəndəsidir. Gəmi kapitanına dediyim kimi, Müdafiə Nazirliyinin rəhbərliyinə bir daha deyəcəm ki, biz bunu Silahlı Qüvvələrə qəbul edə bilərik”, - Putin bildirib.

Qeyd edək ki, Rusiya prezidenti V.Putin modernləşdirilmiş raketdaşıyıcıda uçuş həyata keçirmək üçün Kazanda təyyarə zavoduna baş çəkib.

***
Rusiya prezidenti Vladimir Putin S.P.Qorbunova adına Kazan Aviasiya Zavodunun ərazisindən havaya qalxan modernləşdirilmiş Tu-160M ​​raketdaşıyıcısında uçuşu uğurla başa çatdırıb.

AzVision.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Təyyarə 30 dəqiqə səmada olub. Uçuşa hazırlıq isə 45 dəqiqə çəkib.

Eyni zamanda, Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, dövlət başçısı tədbirdən bir gün əvvəl yeni Tu-160M-də uçmaq qərarı verib.

AzVision.az


Teqlər:





Xəbər lenti