Putin Baydenin təhqirlərinə cavab verib - Video

   Putin Baydenin təhqirlərinə cavab verib -  Video
  22 Fevral 2024    Oxunub:1051
Rusiya prezidenti Vladimir Putin ABŞ lideri Co Baydenin ona ünvanladığı təhqiramiz bəyanatına münasibət bildirib. Gazeta.ru xəbər verir ki, jurnalist Pavel Zarubin öz Telegram kanalında dövlət başçısının bununla bağlı şərhini dərc edib.
“Siz məndən soruşdunuz ki, ABŞ prezidenti kimi bizim üçün kim daha üstündür. Dedim ki, biz istənilən liderlə işləyəcəyik, amma inanıram ki, Bayden Rusiya üçün daha üstündür. Və onun dediklərinə əsasən, mən tamamilə haqlıyam, çünki bu, mənim tərəfimdən deyilənlərə adekvat reaksiyadır”, - deyə Putin Baydenin sözlərini qərəzli adlandırıb.
Bayden Putini ağır söyüşlə təhqir etdi


"O, mənə deyə bilməz: “Volodya, afərin, sağ ol, sən mənə çox kömək etdin”, - deyə Putin əlavə edib.

Xatırladaq ki, bir neçə gün öncə ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini təhqir edib. ABŞ lideri həmkarını “dəli, fahişə oğlu” adlandırıb.

"Putin və başqaları kimi dəli, fahişə uşaqları var ki, biz həmişə onlara görə nüvə münaqişəsindən narahat olmalıyıq. Lakin bəşəriyyət üçün ekzistensial təhlükə iqlimdir", - o qeyd edib.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti