Kosmosda nüvə qalmaqalı böyüyür: ABŞ Rusiyaya xəbərdarlıq etdi

 Kosmosda nüvə qalmaqalı böyüyür:  ABŞ Rusiyaya xəbərdarlıq etdi
  23 Fevral 2024    Oxunub:1421
ABŞ Rusiya ilə peyk əleyhinə və kosmosda nüvə silahlarından istifadəyə dair danışıqlar aparıb.
AzVision.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) öz mənbələrinə istinadən məlumat yayıb. Nəşr yazır ki, Amerika rəsmiləri Rusiya tərəfini kosmosda silahlar yerləşdirməmək barədə “xəbərdar edib”.

“Ulduz müharibələri” mövzusu yenidən aktuallaşıb
WSJ-nin məlumatına görə, peyk əleyhinə silahlarla bağlı müzakirələr ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla Rusiya prezidentinin köməkçisi Yuri Uşakov arasında baş tutub.

Mənbələrin verdiyi məlumata görə, Ceyk Sallivan və Yuri Uşakov Ukraynadakı hərbi əməliyyatlar mövzusunda da dəfələrlə təkbətək söhbət aparıblar.

Bundan əlavə, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnslə Rusiya Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Sergey Narışkin arasında da danışıqlar olub. Məqalədə bu iki danışıqlar kanalı vasitəsilə aparılan dialoqun təfərrüatlarını açıqlamayıb.

Xatırladaq ki, Ağ Ev rəsmiləri fevralın 15-də Kapitolidə konqresmenlərlə “milli təhlükəsizliyə ciddi təhdid” mövzusunda qapalı brifinq keçiriblər. Toplantıda Rusiyanın peyklər əleyhinə xüsusi sistem hazırlamaq planları müzakirə edilib. Briffinqin ertəsi gün ABŞ prezidenti Cozef Bayden bəyan etdi ki, Rusiya Amerika üçün nüvə təhlükəsi yaratmır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   ABŞ   Kosmos   Silah  





Xəbər lenti