Tramp: "Qoşunların Əfqanıstandan çıxarılması ilə dünya ABŞ-a güldü"

      Tramp:    "Qoşunların Əfqanıstandan çıxarılması ilə dünya ABŞ-a güldü"
  24 Fevral 2024    Oxunub:1045
ABŞ prezidenti Co Baydenin Əfqanıstandan qoşunları çıxarmaq qərarından sonra bütün dünya ABŞ-a güldü.
AzVision.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfdarları ilə görüşdə deyib:

"Əfqanıstanda baş verənləri düşünəndə, ölkəmiz cəhənnəmə kelib. Bizi bütün dünyada güldürdülər".

Respublikaçı demokrat Baydenin administrasiyası dövründə “çox şey baş verdiyini” xatırladıb, Ukraynada və Qəzza zolağında münaqişələrin qarşısını alacağını bildirib.

Tramp hazırkı prezidentin dövründə ABŞ-ın gülüş obyektinə çevrildiyi fikrini bildirib. "Biz gülüş obyektinə çevrilmişik. Bizə gülürlər. Hörmət olunan liderimiz yoxdur. Bu oğlana necə hörmət edə bilərsən? O, iki cümləni birləşdirə bilmir", - siyasətçi deyib".

Onun sözlərinə görə, demokrat Bayden noyabrda keçiriləcək prezident seçkilərində qalib gəlsə, Birləşmiş Ştatlar “sağ qala bilməyəcək”.

Qeyd edək ki, Bayden 14 aprel 2021-ci ildə Amerika tarixindəki ən uzun hərbi əməliyyat olan Əfqanıstan müharibəsini dayandırmaq qərarı verib. ABŞ bu müharibəyə 2001-ci ilin oktyabrında başlayıb. Əməliyyatın zirvə dövründə -2010-cu ildən 2013-cü ilə qədər Əfqanıstandakı Qərb qüvvələrinin sayı 150 min nəfəri ötüb. ABŞ qoşunlarının çıxarılması 2021-ci ilin mayında başlayıb. ABŞ və NATO-nun əsas döyüş qüvvələri 2014-cü ildə Əfqanıstanı tərk edib.

"Taliban" hərəkatı ABŞ qüvvələrini geri çəkmək niyyətini elan etdikdən sonra Əfqanıstana nəzarətin yaradılması üçün genişmiqyaslı əməliyyata başlayıb. 15 avqust 2021-ci ildə prezident Əşrəf Qani ölkədən qaçıb və "Taliban" döyüşsüz Kabilə daxil olub. Son ABŞ qoşunları 2021-ci ilin sentyabr ayının əvvəlində Əfqanıstanı tərk edib.

AzVision.az
AzVision.az


Teqlər:





Xəbər lenti