Hindistanda yol qəzasında azı 22 nəfər öldü

Hindistanda yol qəzasında azı 22 nəfər öldü
  24 Fevral 2024    Oxunub:899
Hindistanın Uttarkxand ştatında baş verən yol qəzasında azı 22 nəfər həlak olub.
“Hindustan Times” xəbər verir ki, bu barədə yerli administrasiyanın nümayəndəsi Raciv Aqraval bildirib. Onun sözlərinə görə, traktorun yol kənarındakı gölməçəyə aşması nəticəsində 8-i uşaq olmaqla 20-dən çox şəxs həlak olub.

"Hazırkı məlumatlara görə, 22 nəfər ölüb, 5 nəfər yerli xəstəxanalardadır. Təxminən 10 nəfər yaralanıb", - Aqraval jurnalistlərə bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti