Çində yaşayış binasında yanğın: 15 ölü - FOTO/VİDEO

   Çində yaşayış binasında yanğın:    15 ölü - FOTO/VİDEO
  24 Fevral 2024    Oxunub:1194
Çinin şərqindəki Nankin şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında güclü yanğın meydana gəlib.
AzVision.az xəbər verir ki, hadisə şəhərin Yuhuatay məhəlləsində baş verib.

Rəsmi məlumata görə, yanğın elektrikli velosipedlərin saxlanıldığı birinci mərtəbədə başlayıb.

Hadisə nəticəsində azı 15 nəfər dünyasını dəyişib, 44 nəfər isə yaralanıb.

Firudin Həmidli
AzVision.az

Qalereya




Teqlər: Çin   hadisə   yanğın  





Xəbər lenti