Fransada Makronun impiçmenti tələb olunur

Fransada Makronun impiçmenti tələb olunur
  29 Fevral 2024    Oxunub:533
Fransanın Vətənpərvərlər Partiyasının rəhbəri Florian Filippo hökuməti prezident Emmanuel Makronu impiçmentini elan etməyə çağırıb.
AzVision.az xəbər verir ki, Filippo Makronun Rusiyanın məğlubiyyətinin zəruriliyi ilə bağlı bəyanatını şərh edərkən deyib ki, prezident öz ölkəsinə nifrət sərgiləyir və Fransanı III Dünya Müharibəsinə sürükləməyə çalışır.

Siyasətçi Konstitusiyanın “müharibə məsələsi” və prezidentin impiçmenti ilə bağlı səsverməni tələb edən 35 və 68-ci maddələrinə istinad edərək parlamentariləri fəallaşmağa çağırıb. Filippo partiyasının internet saytında petisiyanın yerləşdirilməsini da qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Fransa  





Xəbər lenti