Saakaşvili əfv olunacaq? - Zurabişvili "müstəqil qərar verəcəm" deyir

 Saakaşvili əfv olunacaq? -    Zurabişvili "müstəqil qərar verəcəm" deyir
  29 Fevral 2024    Oxunub:714
Gürcüstan prezidenti Salome Zurabişvili ölkənin keçmiş rəhbəri Mixeil Saakaşvilinin əfv edilib-edilməməsi ilə bağlı məsələyə müstəqil qərar verəcək.
AzVision.az xəbər verir ki, o bu barədə Britaniyanın “Chatham House” beyin mərkəzinin tədbirində çıxış edərkən deyib.

"Mən bu məsələyə şərh vermirəm. Bu, şəxsən verəcəyim və buna görə cavabdeh olacağım mənəvi bir qərardır. Qərar həm də xarici və ya daxili təzyiqin təsir edə biləcəyi bir məsələ deyil", - Zurabişvili Londonda çıxışı zamanı qeyd edib.

O, ölkədə azad və ədalətli parlament seçkilərinin keçirilməsinin eks-prezidentin əfv olunub-olunmaması ilə əlaqəli olmayacağını da vurğulayıb. Zurabişvilinin sözlərinə görə, Saakaşvili real səbəblərdən həbsdədir: "Amma bu o demək deyil ki, biz humanitar perspektivi nəzərə almamalı və ona hörmət etməməliyik. Sakkaşvilinin həbsxanada başına gələnləri diqqətlə izləyirdim. "Nə etmək olar?" deyə soruşduqda reputasiya baxımından onun başqa yerə köçürülməsinə razı idim".

Zurabişvili həmçinin qeyd edib ki, bu mövzuda başqa ölkələrin yararlandığı təcrübələr də var. Söhbət ekstradisiyadan və ev dustaqlığından gedir. O, Ukraynanın Saakaşvilini ekstradisiya etməyə hazır olduğunu xatırladıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Saakaşvili  





Xəbər lenti