Polşalı general: "Varşava NATO qoşunlarını Ukraynaya göndərməyə hazır olmalıdır"

  Polşalı general:    "Varşava NATO qoşunlarını Ukraynaya göndərməyə hazır olmalıdır"
  29 Fevral 2024    Oxunub:650
Polşa NATO Quru Qüvvələrinin Ukrayna ərazisinə daxil olmasına hazır olmalıdır.
Bu barədə RAR agentliyinə müsahibəsində Polşanın xüsusi təyinatlı GROM bölməsinin keçmiş komandiri, general Roman Polko bildirib.

“Məlumdur ki, öz ərazinizdə müharibə aparmaqdansa, xarici ərazidə müharibə aparmaq daha yaxşıdır. Və əgər biz torpaqlarımızın bir santimetrindən də imtina etməli deyiliksə, o zaman bu müharibənin NATO ərazisinə keçməməsi üçün Ukraynada sırf Quru Qoşunlarından istifadə variantını nəzərdən keçirmək lazımdır”, - deyə o qeyd edib.

General əlavə edib ki, bu, “qara ssenaridir, lakin ordu həmişə ən pisə hazır olmalıdır”.

AzVision.az


Teqlər:





Xəbər lenti