"İş dəftərləri pulsuz verilə bilər" - Nazir

   "İş dəftərləri pulsuz verilə bilər" -    Nazir
  29 Fevral 2024    Oxunub:788
"Siniflər üzrə iş dəftərlərinin ödənişsiz əldə edilməsi üzərində iş aparılır".
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib. O bildirib ki, dərslərə uyğun iş dəftərləri üzərində işləmək lazımdır:

"Lakin sinifdə üç nəfərdə iş dəftəri olanda, beşində olmayanda nəticə olmur. İş dəftələrinin dövlət büdcəsi və ya hansısa sponsorlar tərəfindən maliyyələşdirilməsi üzərində iş aparırıq".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti