NASA-nın astronavtları 6 aylıq missiya üçün kosmosda

   NASA-nın astronavtları 6 aylıq missiya üçün kosmosda
  04 Mart 2024    Oxunub:619
"SpaceX"in Crew Dragon kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyaya (BKS) buraxılıb.
AzVision.az xəbər verir ki, yayım NASA-nın saytında yer alıb.

ABŞ-ın Con Kennedi Kosmik Mərkəzindən (Florida) Crew Dragon kosmik gəmisi ilə birlikdə Falcon-9 daşıyıcı raketinin buraxılışı yerli vaxtla saat 22:53-də həyata keçirilib. Kosmik gəmi martın 5-də BKS-ə yaxınlaşacaq.

Crew-8 missiyasının ekipajının tərkibində rus kosmonavt Aleksandr Qrebenkin NASA astronavtları Maykl Barratt, Metyu Dominik və Janet Epps yer alıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti