Paşinyanın gecə gəzintisi narazılığa səbəb oldu - VİDEO

Paşinyanın gecə gəzintisi narazılığa səbəb oldu    - VİDEO
  04 Mart 2024    Oxunub:722
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə yerli medianın hədəfinə tuş gəlib.
Saytlar baş nazirin sosial şəbəkələrdə yayılan yeni videosunu tənqid edərək yazırlar ki, Paşinyan hər nə qədər özünü "xalqa yaxın" adam kimi göstərməyə çalışsa da, onun "demokratik" hiylələri daha keçərli olmur.

"Mamul" nəşrində dərc olunan məqalədə qeyd edilir ki, mühafizəçilərin əhatəsində olan Nikol Paşinyanın yanında spiker Alen Simonyan da olması diqqət çəkib: "Onlar birgə gəzintiyə çıxıblar. Video Telegram kanallarında yayılıb. Xatırladaq ki, mətbuat Alen Simonyanla Nikol Paşinyanın münasibətlərinin gərgin olduğunu yazmışdı. Amma Alen Simonyan jurnalistlərlə söhbətində bunu təkzib edir".

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti