Qərb uran mədənlərinin fəaliyyətini bərpa edir

   Qərb uran mədənlərinin fəaliyyətini bərpa edir
  04 Mart 2024    Oxunub:766
Amerika Birləşmiş Ştatları və digər Qərb ölkələri nüvə yanacağının qiymətlərinin artması fonunda bağlı olan uran mədənlərində işləri bərpa edir.
Bu barədə Bloomberg məlumat yayıb. Amerika şirkətləri Vayominq, Texas, Arizona və Yuta ştatlarında mədənlərdə işləri bərpa edir. Bu ştatlardakı uran mədənlərinin əksəriyyəti 2011-ci ildə Yaponiyanın Fukusima Daiiçi Atom Elektrik Stansiyasında baş vermiş qəzadan sonra bağlanıb, nəticədə nüvə yanacağının qiyməti aşağı düşüb və bir çox uran mədənləri gəlirsiz fəaliyyət göstərib.

İndi getdikcə daha çox hökumət atmosferə zərərli emissiyaların azaldılması məqsədlərinə nail olmaq üçün nüvə enerjisinə maraq göstərir ki, bu da öz növbəsində nüvə yanacağının bahalaşmasına səbəb olur. Belə şəraitdə əvvəllər bağlanmış uran mədənlərinin işi yenidən gəlirli olur.

Agentlik ABŞ-dan başqa, dünya istehsalının təxminən üçdə ikisini təşkil edən Kanada, Avstraliya və Qazaxıstanın uran istehsalını artırmağı planlaşdırdığını vurğulayır.

AzVision.az


Teqlər:





Xəbər lenti