“Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İB maarifləndirici çarx çəkib - FOTO + VİDEO
Layihənin davamı olaraq, Bakı şəhərindəki 21 və 74 nömrəli tam orta məktəblərdə narkomaniya və onun fəsadları barədə maarifləndirici tədbirlər keçirilmiş, çəkilən sosial çarxın təqdimatı olub.
Tədbirlərdə “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin direktoru Nihad Hüseynli, “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyinin direktoru Şahin Hüseynov, Azərbaycan Dillər Universitetinin Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Ceyhun Alıyev, məktəblərin rəhbərliyi və müəllimlər çıxışlar ediblər.
Tədbirlərdə bu bəlanın yayılmaması üçün narkotik və psixotrop maddələrdən istifadənin mənfi təsirləri barədə hər kəsin, əsasən də valideynlərin və müəllimlərin yeniyetmə və gənclər arasında maarifləndirmə işinin daha ciddi aparılması vurğulanıb.
AzVision.az
Teqlər: