Paris-Berlin konfliktinə baxan Putin şampan partladır - Almaniya saytı

      Paris-Berlin konfliktinə baxan Putin şampan partladır    - Almaniya saytı
  04 Mart 2024    Oxunub:769
Almaniya ilə Fransa arasında Ukraynaya yardım məsələsində yaranmış konflikt ən çox Rusiya prezidenti Vladimir Putinə sərf edir.
Bu fikirlər "Schweizer Radio und Fernsehen"də (SRF) dərc olunan məqalədəndir.

"Putin hazırda şampan partladır. O, Avropa dövlətlərinin zəifliyindən istifadə etmək fürsətini heç vaxt qaçırmayıb", - müəllif qeyd edib.

Paris-Berlin düşmənçiliyi Kiyevi silahlandırmağa mane olur
Məqalədə o da yazılıb ki, “Avropanın ən mühüm tərəfdaşları” arasında yaranmış və açıq səhnədə aparılan mübahisələr Rusiya liderinin əlinə işləyir.

Yazıdan belə məlum olur ki, Fransa prezidenti Emmanuel Makron açıq şəkildə Qərbin quru qoşunlarını Ukraynaya göndərəçəyini düşünürdü. Lakin o, Almaniya kansleri Olaf Şolz tərəfindən dərhal sərt reaksiya görüb: "Almaniya kansleri fransızların həmişə "gözəl çıxışlar" etməsindən narahatdır. Çünki nəticədə bu çıxışların mahiyyəti çox aşağı olur. İndi kanslerin səbri indi yavaş-yavaş tükənməkdədir".

Bir neçə gün öncə "Politico" nəşri Makronla Şoltz arasında nifaqın yaranması barədə məlumat yaymışdı.

"Bloomberg" nəşri də mövzuya toxunub. Sayt yazıb ki, Almaniya kansleri ilə Fransa prezidenti arasında münasibətlərin ümidsiz şəkildə pozulub. Bu isə Avropanın təhlükəsizliyinə mənfi təsir edib.

"Financial Times" isə Fransa ilə Almaniya arasında yaranmış ziddiyyətlərin Avropa İttifaqına (Aİ) Ukrayna üçün silah fondu yaratmağa mane olduğunu yazıb. İki ölkənin “düşmənçiliyi” fondun maliyyələşdirilməsini də əngəlləyir.

Qeyd edək ki, ötən həftə Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqı (Aİ) ölkələrinin ordu birləşmələrini Ukraynaya göndərməsinin mümkünlüyünü etiraf edib. O, Parisdə Kiyevlə bağlı keçirilən konfransdan sonra deyib ki, toplantıda hətta quru qoşunlarının Ukraynada yerləşdirilməsinə dair imkanlar da müzakirə olunub. Bundan başqa, Fransa lideri Ukraynanın Qərb müttəfiqlərinin Kiyevi uzaqmənzilli silahlarla təmin etmək üçün koalisiya yaratdıqlarını bəyan edib.

Paris konfransında qoşunların Ukraynaya göndərilməsi müzakirə olunsa da, avropalı liderlər bu mövzuda konsensus əldə etməyiblər.

Toplantı iştirakçıları arasında Almaniya kansleri Olaf Şolz, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron, Hollandiyanın baş naziri Mark Rutte, həmçinin Skandinaviya və Baltikyanı ölkələrin rəhbərləri olub.

Tural Tağıyev AzVision.az



Teqlər:   Fransa   Almaniya   Putin   Şampan  





Xəbər lenti