BMT: "Dünyada 55 silahlı münaqişə ocağı mövcuddur"

      BMT:    "Dünyada 55 silahlı münaqişə ocağı mövcuddur"
  04 Mart 2024    Oxunub:747
Dünyada alovlanan 55 silahlı münaqişə ocağı humanitar böhranlara gətirib çıxarır və eskalasiya təhlükəsi yaradır.
AzVision.az xəbər verir ki, bunu Cenevrədə BMT İnsan Haqları Şurasının (İHŞ) 55-ci sessiyasında çıxış edən BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk deyib.

O, münaqişə ocaqlarının milyonlarla mülki şəxsə dağıdıcı təsir göstərməsinə, beynəlxalq humanitar hüququn və insan hüquqlarının geniş miqyaslı pozulmasına diqqət çəkib.

"Əhalinin yerdəyişməsi və humanitar böhranlar artıq görünməmiş həddə çatıb. Bütün bu münaqişələrin regional və qlobal nəticələri var", - Türk vurğulayıb.

BMT Ali Komissarının sözlərinə görə, nadir hallarda bəşəriyyət bu qədər şiddətlənən böhranlarla üzləşib. O, fövqəladə halların üst-üstə düşməsinin münaqişənin böyüməsi riskini artırdığını bildirib.
Ali komissar deyib ki, Afrika Buynuzu, Sudan və Sahel də daxil olmaqla, başqa bölgələrdəki qarşıdurmalar da kəskin şəkildə alovlana bilər. F.Türkün sözlərinə görə, Koreya yarımadasında silahlanma və hərbiləşmə təhdidlərin səviyyəsini getdikcə artırır. O, həmçinin Konqo Demokratik Respublikasının şərq əyalətlərində pisləşən təhlükəsizlik böhranını, Qırmızı və Qara dənizlərdə malların qlobal hərəkətinə zərbələr yaradan hücumları xatırladıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti