Polşanın şimalına naməlum obyekt düşüb

Polşanın şimalına naməlum obyekt düşüb
  04 Mart 2024    Oxunub:661
Polşanın şimalına, Varm-Masuriya bölgəsinə naməlum obyekt düşüb.
AzVision.az xəbər verir ki, bu barədə Ostroda polis komendantlığının mətbuat xidməti məlumat yayıb.

Hadisə Milakova rayonunun kəndlərindən birində baş verib. Bölgəyə polis qüvvələri cəlb edilibb və ərazi mühasirəyə alınıb.

Mümkün itkilər barədə məlumat verilməyib. Eyni zamanda bəzi Polşa KİV-ləri yazır ki, söhbət “hərbi obyekt”dən gedir.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti