İsrail "Hizbullah"ın mövqelərinə zərbə endirib

   İsrail "Hizbullah"ın mövqelərinə zərbə endirib
  04 Mart 2024    Oxunub:933
İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda "Hizbullah" terror qruplaşmasının obyektlərinə aviazərbələr endirib.
AzVision.az xəbər verir ki, bu barədə Livan mediası məlumat yayıb.

İsrail-Livan sərhədi yaxınlığında, Şihin və Eyta əş-Şəb kəndlərində yerləşən "Hizbullah" qruplaşmasının obyektləri bombalanıb.

Hücum əməliyyatı İsrail Ordusu tərəfindən təsdiqlənib.

Nəticədə sərhədboyu ərazilərdə tərəflər arasında qarşıdurma yaranıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   Livan   Hizbullah  





Xəbər lenti