Moskvada dəhşətli terror: Ölənlərin sayı 133-ə çatıb - FOTO/VİDEO - YENİLƏNİB

  Moskvada dəhşətli terror:  Ölənlərin sayı 133-ə çatıb  - FOTO/VİDEO - YENİLƏNİB
  23 Mart 2024    Oxunub:3339
Moskva vilayətində "Crocus City Hall"da baş vermiş terror aktında ölənlərin sayı 133-ə çatıb.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun sözlərinə görə, terror aktında ölənlərin 50-dən çoxunun şəxsiyyəti müəyyənləşdirilib.

O həmçinin binada dağıntıların bazar gününəcən təmizlənəcəyini, habelə terror aktını törətməkdə şübhəli bilinən və Brayanskda saxlanılan şəxslərin Moskvaya gətirildiyini bildirib.

* * *
AzVision.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, "Crocus City Hall"da dağıntıların bir hissəsi təmizlənib. Nəticədə ölənlərin sayının 133 nəfərə çatdığı müəyyənləşib. Axtarış tədbirləri davam edir.

Terror aktı nəticəsində yaralanan 107 nəfər isə xəstəxanalarda müalicə olunur, onlardan üçü uşaqdır.

* * *

Moskva vilayətində "Crocus City Hall"dakı baş vermiş terror aktında ölənlərin sayı 115-ə çatıb.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

***
Moskva vilayətində "Crocus City Hall"dakı baş vermiş terror aktında ölənlərin sayı 93-ə çatıb.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Yaralananların yenilənmiş sayı barədə isə məlumat verilməyib.

***

Moskvadakı “Crocus City Hall”da baş vermiş terror aktında ölənlərin sayı 82-ə çatıb.

AzVision.az xəbər verir ki, bu barədə “112” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, onlardan 3-ü uşaqdır.

Yaralananların yenilənmiş sayı barədə isə məlumat verilməyib.

***
08:30

Moskvadakı “Crokus City Hall”da baş vermiş terror aktında ölənlərin sayı 70-ə çatıb.

AzVision.azxəbər verir ki, bu barədə hakimiyyətə yaxın “Shot” teleqram kanalı bildirib.

“İlkin məlumata görə, “Crocus”da terror aktı nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb”, - kanal nəql edib.

Qeyd olunub ki, tualet, bəslənmə və avadanlıq otaqlarında xeyli meyit tapılıb:

“Xeyli sayda meyit tualetlərdə, bəslənmə otağı və təmizləyicilərin inventar saxladığı otaqlarda – insanların atəşdən gizləndiyi yerlərdə tapılıb. Çoxları sadəcə tüstüdən boğulub, bədənlərində heç bir xəsarət olmayıb”.

Yaralananların sayı isə 140-ı keçib.

***
23:18

Moskva şəhərində yerləşən "Crocus City Hall" ticarət mərkəzində atışma meydana gəlib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimai əlaqələr mərkəzi hadisə nəticəsində 40 nəfərin öldüyünü, 100-dən çox insanın yaralandığını rəsmi təsdiqləyib.

Rusiya İstintaq Komitəsi tərəfindən "Crocus City Hall"da meydana gələn hadisə ilə bağlı "terror aktı" maddəsi ilə cinayət işi açılıb.

Terror aktını hansı qrupun həyata keçirdiyi barədə rəsmi açıqlama hələlik yoxdur.

* * *

23:16
Mediada yayılan kadrlardan görünür ki, ticarət mərkəzinin partlayış nəticəsində zərər görmüş tavanı çökmək üzrədir.


* * *
23:11
(Xəbərə yeni fotolar əlavə edilib).





* * *

23:07
"Crocus City Hall"un digər zalında xalq artisti Röya Ayxanın konserti baş tutmalı idi.

Sənətçi öz "Instagram" səhifəsində paylaşım edərək vəziyyətinin yaxşı olduğunu bildirib.


* * *

23:02
"Crocus City Hall"da baş verən yanğınları söndürmək üçün əraziyə helikopter göndərilib

Sosial şəbəkədə yayılan şəkil və videolarda insanların binadan çıxarıldığı görünür.

* * *

22:47
Mediada yayılan məlumata görə, "Crocus City Hall" ticarət mərkəzində ikinci partlayış meydana gəlib.

Həmçinin Moskva meri Sergey Sobyanin həftə sonu ərzində şəhərdəki hər cür kütləvi tədbirin ləğvi barədə qərar verib.

Moskva dəmir yolu vağzallarında da təhlükəsizlik tədbirləri gücləndirilib.

* * *

22:26
"112" teleqram kanalının məlumatına əsasən, atışmada ölənlərin sayı 40-a, yaralanların sayı isə 100-ə çatıb.

* * *

22:14
Qeyri-rəsmi məlumata görə, terror aktı nəticəsində ölənlərin sayı 15-ə çatıb.

* * *

21:33
AzVision.az xəbər verir ki, bu barədə "Baza" və "Mash" "Telegram" kanalları məlumat yayıb.

Şahidlərin ifadəsinə görə, 3 maskalı şəxs ticarət mərkəzinə girərək avtomat silahdan ətrafa atəş açıblar. İlkin məlumata görə, 12 nəfər ölüb, 35 nəfər isə xəsarət alıb.

Hücumun ardınca ticarət mərkəzində partlayış baş verib və yanğın başlayıb.

Hadisə yerinə çox sayda polis və yanğınsöndürən göndərilib.

Firudin Həmidli
AzVision.az

Qalereya




Teqlər: Moskva   hadisə   atışma   ticarət-mərkəzi  





Xəbər lenti