Ərdoğan Putinə başsağlığı verib - YENİLƏNİB

   Ərdoğan Putinə başsağlığı verib -  YENİLƏNİB
  23 Mart 2024    Oxunub:1086
Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın terrorizmlə mübarizədə əməkdaşlığın daha da gücləndirilməsi fikrini alqışlayıb.
AzVision.az xəbər verir ki, Kremlin mətbuat xidməti Putin və Ərdoğan arasında baş tutan telefon danışığının təfərrüatını açıqlayıb.

Putin həmçinin başsağlığına görə həmkarına təşəkkürünü bildirib.

* * *

19:12
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə zəng vuraraq, Moskvada baş verən terror aktına görə ona başsağlığı verib.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Danışıq zamanı Ərdoğan günahsız insanları hədəf alan terror aktını qınadığını vurğulayıb. Baş verən hücumun regiondakı böhranların tezliklə sülh yolu ilə həlli zərurətini ortaya qoyduğunu, Türkiyənin hər cür terrora qarşı mübarizədə Rusiya ilə əməkdaşlığa hazır olduğunu söyləyib.

AzVision.az


Teqlər: Türkiyə   Rusiya   terror-aktı   başsağlığı  





Xəbər lenti