Husilər Qırmızı dənizdə daha bir gəmini vurublar

   Husilər Qırmızı dənizdə daha bir gəmini vurublar
  23 Mart 2024    Oxunub:775
Yəməndə fəaliyyət göstərən iranyönümlü husi qruplaşması Qırmızı dənizdən keçən daha bir gəmiyə zərbə endirib.
AzVision.az xəbər verir ki, bu barədə Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları məlumat yayıb.

Bildirilib ki, zərbə nəticəsində gəmidə baş verən yanğın söndürülüb, ekipaj üzvlərindən xəsarət alan yoxdur.

"Gəmi növbəti limana doğru irəliləyir", - məlumatda vurğulanır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qırmızı-dəniz   gəmi   husilər   raket  





Xəbər lenti