Qadın basketbolçularımız beynəlxalq turnirdə yarımfinala yüksəliblər

Qadın basketbolçularımız beynəlxalq turnirdə yarımfinala yüksəliblər
  23 Mart 2024    Oxunub:836
Qadınlardan ibarət 3x3 Azərbaycan basketbol millisinin oyunçularının təmsil olunduğu “Bakı” klubu Fransada keçirilən klublararası beynəlxalq turnirin yarımfinalına yüksəlib.
AzVision.az xəbər verir ki, Tuluz şəhərində keçirilən turnirdə komandamız A qrupunda "Çartage"yə (Tunis) 16:15, "Nairobi Kiyati"yə (Kenya) isə 17:12 hesabı ilə qalib gələrək yarımfinala çıxıb.

Dina Ulyanova, Aleksandra Mollenhauer, Mersedes Volker və Tatyana Deniskinadan ibarət milli oyunçularımızın iştirak etdiyi turnirin əsas məqsədi Paris Olimpiadasına vəsiqə verən təsnifat oyunlarına daha yaxşı hazırlaşmaqdır.

AzVision.az


Teqlər: idman   basketbol   yarımfinal  





Xəbər lenti