ABŞ husilərin 6 PUA-sını vurdu

ABŞ husilərin 6 PUA-sını vurdu
  24 Mart 2024    Oxunub:807
Birləşmiş Ştatlar Yəmənin “Ənsar Allah” hərəkatının husi üsyançılarına məxsus 6 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Bu barədə ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı xəbər yayıb. "ABŞ-nin Hərbi Qüvvələri Qırmızı dənizin cənubunda husilərin 6 pilotsuz uçuş aparatına hücum edib. Onlardan beşi Qırmızı dənizə, biri isə Yəməndə husilərin nəzarətində olan ərazilərə düşüb", - komandanlığın “X”dəki səhifəsində yayımlanan bəyanatda deyilir.

Husilərin beş gəmi əleyhinə ballistik raket buraxdığı qeyd edilir.

AzVision.az


Teqlər:





Xəbər lenti