Saçını fenlə qurutmaq istəyən qız qolunu itirdi

   Saçını fenlə qurutmaq istəyən qız qolunu itirdi
  24 Mart 2024    Oxunub:725
Cənubi Karolina ştatında qadın vanna otağında elektrik cərəyanı vuraraq qolunu itirib.
Bu barədə “The Sun” xəbər verib. Amerikalı Meri Uilson saçını fenlə qurutarkən qəfildən elektrik cərəyanı onu vurub. Qız huşunu itirərək yerə yıxılıb. 20 dəqiqə ərzində fendən isti hava axını onun əlini yandırıb.

Yaralı ziyarətə gələn dostu tərəfindən xilas edilib. Evə gələn təcili yardım avtomobili qızı xəstəxanaya çatdırıb.

Onun qolundakı yanıq o qədər güclü olub ki, əzasını xilas etmək mümkün olmayıb. Nəticədə həkimlər Meri Uilsonun qolunun bir hissəsini amputasiya ediblər.


AzVision.az


Teqlər:





Xəbər lenti