"NATO qoşunlarının Ukraynaya göndərilməsi dünya müharibəsinə səbəb olacaq"

   "NATO qoşunlarının Ukraynaya göndərilməsi dünya müharibəsinə səbəb olacaq"
  24 Mart 2024    Oxunub:734
Qərb qoşunlarının Ukraynaya göndərilməsi NATO ilə Rusiya arasında yeni dünya müharibəsinə səbəb ola biləcək silahlı münaqişə təhlükəsi yaradacaq.
Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto “Kossuth” radiostansiyasına açıqlamasında bildirib.
O, hesab edir ki, NATO qoşunlarının Ukraynaya göndərilməsindən danışarkən bəzi Qərb siyasətçiləri Alyansın kollektiv təhlükəsizliyini nəzərdə tutan beşinci maddəsindən sui-istifadə edirlər.

“Quru qoşunları göndərilsəydi, göndərən NATO dövləti ilə Rusiya arasında qarşıdurmadan qaçmaq mümkün olmazdı və bu andan etibarən 5-ci maddəyə müraciət etmək dünya müharibəsinin başlaması üçün real təhlükə yaradardı”.


AzVision.az


Teqlər:





Xəbər lenti